Başqasının telefonuna gizlicə baxanları 4 ilə qədər HƏBS GÖZLƏYİRbackend

Başqasının telefonuna gizlicə baxanları 4 ilə qədər HƏBS GÖZLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqasının yazışmasını qeydə alanlar həbs edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, başqasının telefonuna “göz atan” maraqlı şəxsləri 2 ildən 4 ilə qədər həbs cəzası gözləyir.

Məlumata əsasən, başqasının telefonuna aktiv şəkildə baxmaq və məlumat toplamaq cinayət məsuliyyəti yarada bilər.

Bildirilir ki, əgər şəxs sadəcə baxmayıb, həm də yazışmanın fotosunu çəkibsə, ekranın videosunu qeydə alıbsa və bunu yayıbsa, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci maddəsi (“Şəxsi həyatın toxunulmazlığının pozulması”) ilə məsuliyyətə cəlb edilə bilər.

Bu qanun pozuntusuna görə vətəndaşları real həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az