“Batal-Hacı Belxoroyev ardıcılları” terror təşkilatı kimi TANINDI – FOTO/VİDEObackend

“Batal-Hacı Belxoroyev ardıcılları” terror təşkilatı kimi TANINDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ali Məhkəməsi “Batal-Hacı Belxoroyev ardıcılları icması”nı terror təşkilatı elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Ali Məhkəməsi “Batal-Hacı Belxoroyev ardıcılları icması – Batalhajintsı” təşkilatını terror təşkilatı kimi tanıyıb.

Məhkəmənin qənaətinə görə, cinayətkar birliyin məqsəd və fəaliyyəti terrorizmin təbliğinə, ona haqq qazandırılmasına və dəstəklənməsinə yönəlib.

Təşkilatın üzvlərinə qarşı Rusiya Cinayət Məcəlləsinin terrorçuluq, terror fəaliyyətinə yardım, terrorçuluğa açıq çağırışlar və qanunsuz silahlı birləşmədə iştirakla bağlı maddələri üzrə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, 2022-ci ilin oktyabr ayının sonlarında İnquşetiyada Şeyx Batal-Hacı Belxaroyevin davamçıları olan “Batalhacinlər” və ya “Bexlaroyevtsilər” kimi tanınan nüfuzlu İnquş dini icmasının üzvləri həbs olunmağa başlayanda, Çeçenistan lideri Ramzan Kadırov onların tərəfini tutub.

Xuraman Etibarlı

İnterpress.az