Bayden etiraf edib ki, o, Trampla debatda biabır olub.
interpress.az xəbər verir ki, Ağ Ev rəhbəri Co Bayden Miluoki radiosunun aparıcısı Erla Inqrama verdiyi müsahibədə açıq şəkildə Trampla debatda uduzduğunu bildirib.
O, qarşıdan gələn seçkilərdə rəqibi Donald Trampla debat zamanı özünü tamamilə qeyri-adekvat apardığını etiraf edib.
“Fakt budur ki, mən rüsvay oldum. Mən səhv etmişəm”, – Bayden deyib.
Əvvəllər ABŞ prezidenti debatdakı uğursuzluqları yorğunluqla əlaqələndirib. O, israr edirdi ki, Avropaya səfərlər əvvəllər çox enerji sərf edib və o, tədbirdə “az qala yuxuya gedib”.
Xuraman Etibarlı
İnterpress.az