Bayden və Harris Trampa zəng etməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə NBC Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Bayden və Harris demokratların prezident seçkilərində məğlubiyyətini etiraf etmək üçün Trampa zəng etməyə hazırlaşır.
“Bayden, 2020-ci ildə Trampa əks çəki olaraq, onu seçkidəki qələbəsi münasibətilə təbrik etməyi, Ağ Evə dəvət etməyi və andiçmə mərasimində iştirak etməyi planlaşdırır”, – NBC yazıb.
Xuraman Etibarlı
İnterpress.az