Baykarın Akıncının Səudiyyə Ərəbistanına ixracı üçün imzaladığı müqavilə ABŞ başda olmaqla dünya mətbuatında əks-səda doğurub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın müdafiə sənayesinin aparıcı nəşrlərindən olan “Breaking Defence”də imzalanan sazişin əhəmiyyəti ilə bağlı qiymətləndirmələr yer alıb.
Baykar Bayraktar Akıncı ixracatı ilə keçən həftə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Türkiyə Cümhuriyyəti tarixinin müdafiə və aviasiya sahəsində ən böyük ixracat müqaviləsini imzalayıb.
Bu müqavilədən sonra şirkət Bayraktar Akıncının Səudiyyə Ərəbistanında istehsalı üçün Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMI) ilə əməkdaşlıq müqaviləsi imzaladı. Sazişlər dünya mətbuatında, xüsusən də ABŞ-da əks-səda doğurub.
Mövzu ilə bağlı Breaking Defense xəbərində Baykarın Səudiyyə Ərəbistanında imzaladığı müqavilələrin əhəmiyyətinə diqqət çəkilib.