BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində ölübbackend

BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Bakı Dövlət Universitetinin (BDU) 22 yaşlı tələbəsinin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

10.03
Bakı Dövlət Universitetinin (BDU) 22 yaşlı tələbəsi bədbəxt hadisə nəticəsində vəfat edib.

Univeristetin Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının (Sabah qrupu) IV kurs tələbəsi traktorun aşması nəticəsində dünyasını dəyişib.

Hadisə İsmayıllı rayonunda qeydə alınıb.