Bekhemin klubu Ronalduya MLS tarixində ən yüksək maaş təklif edibbackend

Bekhemin klubu Ronalduya MLS tarixində ən yüksək maaş təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MLS-də (Major League Soccer – ABŞ və Kanadada futbol liqaları sisteminin ən yüksək divizionu – red.) oynayan, sahiblərindən biri İngiltərə millisinin keçmiş oyunçusu Devid Bekhem olan Amerikanın “İnter Mayami” klubu “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronalduya liqa tarixində rekord maaş təklif edib.

ABŞ klubu futbolçuya bir mövsüm üçün 34 milyon avro maaş verməyə hazırdır. Bu, portuqaliyalını MLS tarixində ən çox maaş alan futbolçu edəcək.

Daha əvvəl məlum olmuşdu ki, Kriştianu qışda “Mançester Yunayted”i tərk etmək niyyətindədir.

Qeyd edək ki, Ronalduo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 9 oyun keçirib və 1 qol vurub.

Mənbə: sports.ru