Belarusda xilasedicilərə silah paylanmasına başlanıldıbackend

Belarusda xilasedicilərə silah paylanmasına başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda xilasedicilərə silahların paylanılmasına başlanılıb.

Bu addım Belarus Prezidenti Aleksandr Lukaşenkonun müvafiq əmrindən sonra atılıb.

Bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vadim Sinyavski məlumat verib.

O “ONT” kanalına müsahibəsində hərbi əməliyyatlara mümkün hazırlıqlar barədə danışıb.

“Dünyada vəziyyət elədir ki, hər hansı situasiyaya operativ reaksiya verilməsi lazım ola bilər. O cümlədən də mülki müdafiə sahəsində. Planlaşdırılan bütün sursatlar Müdafiə Nazirliyi tərəfindən qəbul edilib və silahların saxlanması üçün nəzərdə tutulan otaqlarımızda yerləşdirilib. Hesablama aparılıb, şəxsi heyətin təlimi keçirilib”, – deyə nazir qeyd edib.

O da məlumdur ki, ölkədə əhalinin evakuasiyası və sığınacaqlar (Belarusda təxminən beş min belə sığınacaq var) haqqında məlumatlandırılması üçün təlimlər keçirilir. Bu hazırlıqlar ölkəyə raket zərbələrinin endirilməsi halında müdafiə xarakteri daşıyır ki, bu zərbələr genişmiqyaslı işğalın başlanğıcından bu yana Kremlin dayaq nöqtəsinə çevrilib.

Mənbə: ZN.ua