Belaruslu biznesmen Ermənistana qarşı ICSID-də İDDİA QALDIRDIbackend

Belaruslu biznesmen Ermənistana qarşı ICSID-də İDDİA QALDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belaruslu iş adamı Nikolay Vinitski Ermənistana qarşı ICSID-də iddia qaldırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Belaruslu biznesmen Nikolay Vinitski Ermənistandakı investisiyalarına siyasi motivli təzyiq göstərildiyini iddia edərək İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə (ICSID) müraciət edib. İddia sentyabrın 4-də qeydə alınıb.

Qeyd olunur ki, Vinitski Qagik Tsarukyanın biznes tərəfdaşıdır və onunla əlaqəli “Araratsement”, “Multi Group Concern” və “Multi Wellness Center” şirkətlərinə investisiya qoyub.

İş adamı investisiyaların qorunması haqqında sazişlərə və Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə istinad edib.

İyul ayında Antikorrupsiya Məhkəməsi qanunsuz mənşəli əmlakın müsadirəsi işi çərçivəsində “Araratsement”in səhmlərinin idarə olunmasını və saxlanılmasını dövlətə həvalə edib.

Vinitskinin maraqlarını ABŞ-nin Qrigoryan Disputes hüquq şirkəti təmsil edir.

Xuraman Etibarlı

İnterpress.az