Belçika Nigerdəki hərbi çevrilişdən sonra 15 vətəndaşını Fransa vasitəsilə təxliyyə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belçika xarici işlər naziri Hadja Lahbib 15 vətəndaşın Fransa təyyarəsi ilə Nigeri tərk etdiyini açıqlayıb.
Lahbib fransalı həmkarı Catherine Colonnaya təşəkkürünü çatdırıb və gələcək evakuasiyalar üçün əlaqə saxlayacaqlarını bildirib.
İlk Belçika qrupu yerli vaxtla saat 02:00 radələrində Paris-Şarl de Qoll hava limanına enib.
Nigerdə təxminən 110 belçikalı olduğu məlumdur.
Qeyd edək ki, Prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizə Alayının elementləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.
Prezidentin Mühafizə Alayının komandiri general Ömər Çiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (CNSP) adlanan xuntanın rəhbərliyini öz üzərinə götürdüyünü və keçid hökumətinin başçısı olduğunu açıqlayıb.