İkinci Dünya Müharibəsi zamanı Polşada həyatını itirənlərin xatirəsini yad etmək üçün Almaniyanın paytaxtı Berlində Alman-Polşa sənədləşdirmə mərkəzinin yaradılması planlaşdırılır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropada Öldürülən Yəhudiləri Anma Fondundan verilən açıqlamaya görə, İkinci Dünya Müharibəsi zamanı Polşada həyatını itirənlərin xatirəsini yad etmək üçün paytaxt Berlində Almaniya-Polşa sənədləşdirmə mərkəzi yaradılacaq.
Bildirilib ki, mədəniyyət üzrə dövlət naziri Klaudiya Rotun dəstəkləyəcəyi bildirilən mərkəzin adı “Almaniya-Polşa Evi” olacaq.
Bildirilib ki, Almaniya-Polşa Evi 1939-1945-ci illərdə Polşanın çəkdiyi iztirabları və 3 milyon yəhudi də daxil olmaqla 5 milyondan çox Polşa vətəndaşının qətlini xatırlamaq üçün hazırlanıb.
Bədii struktur kimi tikiləcək mərkəz üçün müsabiqə açılacaq.
Bildirilir ki, müsabiqə yekunlaşdıqdan və lazımi hazırlıq işləri görüldükdən sonra gələn ilin yazında tikinti işlərinə başlanılacaq.