“Beşiktaş”ın futbolçusu silahlı hücuma məruz qalıbbackend

“Beşiktaş”ın futbolçusu silahlı hücuma məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müqavilə əsasında Türkiyənin “Beşiktaş” klubuna məxsus olan, icarə əsasında Fransa təmsilçisi “Marsel”də çıxış edən Jan Onana silahlı hücuma məruz qalıb.

İnterpress.az “Europe 1”ə istinadən xəbər verir ki, hadisə bazar günü səhər saatlarında baş verib.

Belə ki, silahlı oğrular kamerunlu futbolçunun avtomobilinə atəş açıblar. Hadisə zamanı avtomobildə onun komanda yoldaşı Faris Moumbaqna da olub. Ancaq oğruların avtomobili aparmaq cəhdləri uğursuz alınıb. Hadisə hər iki futbolçu üçün xəsarətsiz ötüşüb.

“Beşiktaş”ın mətbuat xidməti baş verənləri təsdiqləyib.

Qeyd edək ki, J.Onananın icarə müddəti cari mövsümün sonunda bitəcək.