Dağıstanda bəy toy günü qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Mahacqala şəhər sakini olan bəy toyundan qaçıb, indi bütün Dağıstan onu axtarır.
İslamın 26 yaşı var. O, 3 ay Ukraynada döyüşlərdə olub.
Bu müddət ərzində valideynləri ona “layiq gəlin” axtarıblar. Geri qayıdan kimi evləndirəcəklərini deyiblər.
Bəyin yaxın dostunun dediyinə görə, hər ikisi mülki həyata qayıdanda İslam evlənməyə hazır olmadığından və gəlini yaxşı tanımamasından şikayətlənib.
Toy bu gün baş tutmalı idi. Lakin ötən gecə gənc yoxa çıxıb. Düşməni olmayıb, heç nə etməyə də vaxt yox idi. Dostu onun sadəcə qaçıb gizləndiyinə inanır.
Bütün qüvvələr axtarışa cəlb edilib, polis kömək etməyə çalışır, gəlin şokdadır.
Xuraman Etibarlı
İnterpress.az