Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviyada seldən zərər çəkmiş şəhərlərdə təxminən 40 min insanın didərgin düşdüyünü bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
IOM-dan bildirilib:
“Liviyada fırtınadan zərər çəkmiş şəhərlərdə təxminən 40 min insan didərgin düşüb.”
Yazıda BMqT-nin lazımi humanitar yardımın, o cümlədən səhiyyə dəstəyinin göstərilməsi üçün sahədə çalışdığı bildirilib.
Yazıda Liviya üçün daha çox iş görülməli olduğu vurğulanıb.
Liviyada daşqın Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe 11 sentyabrda daşqın səbəbilə ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası seldən zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jasareviç dünən Liviyada seldə 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu açıqlayıb.