Biometrik sistem 23 il əvvəlki cinayətin üstünü AÇDI: Qıza təcavüz edən şəxs HƏBS EDİLDİ – VİDEObackend

Biometrik sistem 23 il əvvəlki cinayətin üstünü AÇDI: Qıza təcavüz edən şəxs HƏBS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 23 il əvvəl qıza təcavüz edən şəxs biometrik məlumatlar sayəsində yaxalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada 23 il əvvəl törətdiyi cinayətə görə Tacikistan vətəndaşı olan təcavüzkar saxlanılıb.

İstintaqın məlumatına görə, hazırda 48 yaşı olan şəxs (hadisə vaxtı onun 25 yaşı olub) qıza hücum edib.

O, zərərçəkmişin başına bir neçə zərbə endirib və qız huşunu itirdikdən sonra ona təcavüz edib.

Cinayəti törətdikdən sonra həmin şəxs izi itirərək hadisə yerindən qaçıb və öz vətəninə qayıdaraq kənddə gizlənib. Lakin illər sonra o, pul qazanmaq məqsədilə yenidən Rusiyaya gəlib.

Hüquq-mühafizə orqanları təcavüzkarı biometrik məlumatlar sayəsində müəyyən edərək yaxalamağa nail olublar.

Xuraman Etibarlı

İnterpress.az