Heç zaman xarici vətəndaş Azərbaycanın bayrağı altında döyüşəndə ona can yandırmayacaq, o, pulunu alıb döyüşəcək…
Rusiyada yaşayan azərbaycanlı deputat Gənclər və İdman Nazirliyinə müraciət etdi…
Rusiya Federasiyasının Tuva Respublikasının Azərbaycan diasporu və onun fəal üzvlərindən olan, Tuva Respublikasının parlamentinin üzvü, idman və gənclər komitəsinin sədri, Tuva Karate Federasiyasının rəhbəri, yığma komandanın baş məşqçisi, Əməkdar idman xadimi və Əməkdar idman müəllimi, ictimai xadim Çingiz Əliyev gündəmin aktual məsələləri ilə bağlı Moderator.az-ın suallarını cavablandırıb.
– Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu iddia edib. Eyni zamanda Azərbaycanı rus əsgərləri ilə təhdid edib. Rusiyada fəaliyyət göstərən yerli siyasətçi kimi bu mövzu ilə bağlı fikirlərinizi eşitmək istərdik.
– Bir neçə gündür ki, Azərbayacnda sosial şəbəkələrdə gündəm olan və KİV-də böyük narazılıqlar doğuran Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovskinin dediyi sözlər müzakirə edilir. Uzun müdətdir ki, Rusiyada yaşayan və buranın deputatı olaraq qeyd etmək istəyirəm ki, onun dediyi sözləri o qədər də ciddiyə almaq lazım deyil. Bir aydan sonra Rusiya qanunverici dumasına seçkilər keçiriləcək və Vladimir Jirinovski də Liberal partiyanın sədri olaraq bu seçkilərə hazırlaşır.
– Demək istəyirsiniz ki, Jirinovskinin fikiləri məhz seçkilərə hesablanıb?
– Vladimir Jirinovski bir sözü deyir, daha sonra vəziyyətdən çıxır. O, Bakıda olan zaman yerli və rus mediasında Azərbaycanı, Prezidentimiz İlham Əliyevi, onun qurduğu dövlətçilik siyasətini müsbət qiymətləndirərək, məəttəl qaldığını qeyd etmişdi. Hətta Rusiyada bir neçə “tok-şou”-larda danışırdı ki, Azərbaycanda rus dilinə böyük yer verilir və bu ölkədə kiçik uşaqlar belə, rus dilini mükəmməl bilir: “İlham Əliyev rus dilində elə danışır ki, rus siyasətçiləri rus dilində elə danışa, fikir bildirə bilmir”. Bu sözlərin müəllifi olan Jirinovski bu gün dediyi sözləri danır və seçkiqabağı xal qazanmaq üçün bu üsuldan istifadə edir. Məhz bu səbəbdən qeyd etdim ki, onun radikal çıxışlarına fikir vermək lazım deyil. Şübhəsiz ki, Jirinovskinin dediyi sözlər Rusiyanın mövqeyi deyil. Hamı bilir ki, Jirinovski öz mövqeyi üçün danışan insandır. Yəqin ki, o, yadından çıxarıb ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sovetlər birliyi dağılandan ilk müstəqil dövlət olan Azərbaycanın bugünkü günə kimi Rusiya ərazi bütövlüyünü təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. Rusiya Azərbaycanın dostdur, bu gün onlar birlikdə hərəkət edirlər. Beynəlxalq siyasi forumlarda Azərbaycan və Rusiya hər zaman bir- birinə dəstək olub. Azərbaycan Rusiya üçün ən strateji tərəfdaşlardan biridir. Heç bir siyasətçinin dediyi sözlər buna zərbə vura bilməz. Rusiya dövlətinin başında duranlar ağıllı siyasətçilərdir, onlar öz işlərini yaxşı bilirlər.
– Gündəmin digər mövzusu Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycanın performansının qənaətbəxş olmamasıdır. Bir mütəxəssis kimi bu performansı necə qiymətləndirirsiniz? Sizcə, bu uğursuzluğun arxasında dayanan səbəblər nələrdir?
– Azərbaycanda idman ən inkişaf etmiş sahələrdən biri idi. Bu sahədə son zamanlar bir çox problemlər özünü göstərir. Mənə belə gəlir ki, Gənclər və İdman Nazirliyi bütün səlahiyyətləri idman federasiyalarının öhdəsinə buraxıb. Federasiyalarda rəhbər vəzifə tutan şəxslərin əksəriyyətinin isə idmandan anlayışı yoxdur. İdmanla yaxından məşğul olan biri kimi deyə bilərəm ki, Gənclər və İdman Nazirliyinin akkreditasiyası olmasa, federasiyalar normal işləyə bilməz. Federasiyada rəhbər tanış-bilişlə işə cəlb edilməməli, maddi maraq əsas meyar olmamalıdır. Ən böyük problemlərimizdən biri də budur.
– Hesab edirsiniz ki, indi idman federasiyalarında gənc idmançılar yetişdirilmir?
– Mənim indi Rusiyada çalışdığım federasiyada hər 5 ildən-bir 20 idmançı öhdəliyə götürülür. Həmin gənclərlə müəllimlər məşğul olur, sponsorlar onların necə yetişdirilməsi ilə yaxından maraqlanır. Rusiyada gənc idmançılar bu üsulla yetişdirilir. Tək pul verməyi ilə iş bitmir. Bu məsələyə Gənclər və İdman Nazirliyi tərəfindən tam nəzarət olur. Niyə nəticə yoxdur və səbəbləri nədir? Federasiya pis işləyirsə, yeniyetmə idmançılar boyümürsə rəhbərin səlahiyyəti alınır, yenidən seçki olur. Görünür ki, Azərbaycanda isə idman federasiyalarının başında oturanlar üçün medal lazımdır, idmançı yox, dövlətə sağlam idmançı yetişdirilməlidir. O idmançılar da dövlət üçün lazımlı gənclərə çevrilməlidir.
– Məğlubiyyətimizin səbəbi yalnız bundanmı qaynaqlanır?
– Bu əsas məsələlərdən biridir. Digər məsələ isə bu yarışlara ölkəni təmsil etmək üçün xaricilərə müraciət edilməsidir. Ölkəmizi təmsil edən xarici vətəndaş Azərbaycanın adından çıxış edir, pul aldığı, döyüşdüyü komandanın adı üçün can yandırmır. Xarici idmançı niyə gəlir? Aydındır ki, onlar pul üçün. Heç zaman xarici vətəndaş Azərbaycanın bayrağı altında döyüşəndə ona can yandırmayacaq. O, pulunu alıb döyüşəcək. Mənə bir neçə dəfə üzümə deyiblər ki, sizdə idmançılar yoxdurmu ki, milli komandalarınız xaricilərdən ibarətdir? Bəs, hər dəfə beynəlxalq yarışlarda xariciləri Azərbaycanı təmsil etmək üçün çıxaranda utanmırlarmı? Bunun da məsuliyyəti baş məşqçilərdədir. Dövlətimizin gənclərini niyə sındırırlar, xaricilərin yanında əzirlər? Özləri gənc idmançılar yetişdirə bilmirlərmi? Bu il yarışda Ukraynanı təmsil edən azərbaycanlı gənc finala çıxdı, keçən il olimpiadada Qazaxıstanda azərbaycanlı gənc çempion oldu. Niyə Azərbaycanın gəncləri digər dövlətləri təmsil edib medal qazanmalıdır? Bizim belə istedadlı gənclərimiz ola-ola niyə bizi beynəxlalq arenada zənci təmsil etməlidir? Bu, adama təsir edir. Buna görə də nəticə budur. Beynəlxalq yarışlarda Azərbaycan bayrağının altında məhz o qanı daşıyan gənclər mübarizə aparmalıdır. Həmin idmançı əsgər kimi öz dövlətini təmsil etməlidir.
Ancaq bizim idman federasiyalarımız pulun, medalın dalınca qaçırlar. Undurlar ki, dünyada bayrağımızı ucaldan məhz idmançılarımızın özüdür. Zənci niyə Azərbaycan bayrağını qaldırmalıdır? Azərbaycanın bugünkü gəncləri 44 gün ərzində 30 ildir həsrətində olduğumuz Qarabağı düşməndən azad etdi. Qayalarla Şuşaya qalxıb, əlbəyaxa döyüşdə düşməni məhv edib Azərbaycanın bayrağını Şuşada qaldıran bizim gənclərdir. Niyə siz bu beynəlxalq yarışlarda o oğulları sındırırsınız? Bizim gənc oğullarımız kimi dünyada cəsur, mərd, döyüşkən adam yoxdur. Bunu əlimi ürəyimə qoyub deyirəm.
Dövlət idmana böyük dəstək göstərib, cənab prezident şəxsən özü idmana dəstək göstərir. Hamımızın bunun şahdiyik. Nəinki paytaxtda, bölgələrdə, rayonlarda belə müasir olimpiya kompleskləri var. Bu idman komplekslərində gənclərin yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Təsəvvür edin ki, burada idmançılara yarışda iştirak etməsi üçün bu qədər dəstək olunmur, heç məşq etmək üçün belə idman kompleksləri tikilməsi üçün heç bir şərait yaradılmır. Azərbaycanda idmançılara yaradılan şərait heç bir ölkədə yoxdur. Bir problem var ki, o da idman federasiyalarının başına idmançıların gətirilməməsidir. Mən 2003-cü ildən Azərbaycanın Karate Federasiyasının fəaliyyətini izləyirəm. Azərbaycanda gənc, istedadlı, qüvvətli karateçilər var. İnanın ki, hər zaman dünya azərbaycanlıları onların çıxışını gözləyir. Onları bütün dünya tanıyır. Bu federasiyanı kim yaratdı? Azərbaycanlılar, orada bir dənə də olsun xarici yoxdur. Məsələn, 14 il Azərbaycan karatesi dünyada səs saldı və bugünə kimi dünyanın ən güclü komandalarından biridir. Onlar məhz Azərbaycanın övladlarıdır. Bizim çox mərd, vətənpərvər oğullarımız var. Qarabağda əlbəyaxa döyüşərək düşmənə qan udduran bu gənclər beynəlxalq arenada da öz gücünü göstərməyə qadirdir. Bu xalqın milyonlarla qəhraməna oğulları var. Ona görə də öz idmançılarımızı yetişdirmək zamanıdır və bu da idman federasiyalarının işidir.
– Sizcə Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycanın axrıncı yer tutmasında bu amillərin rolu varmı?
– Əlbəttə. Hələ olimpiyada qurtarmayıb. İnanıram ki, Azərbaycan idmançıları öz güclərini göstərəcəklər. Amma bugünə kimi həmin oyunlara baxanda utanıram. Azərbaycanda elə idmançılarımız, var ki…. Nə oldu? Nəticə etibarı ilə biz yarışda axrıncı yerdəyik, bir dənə də olsun finalımız yoxdur. Gənclər və İdman Nazirliyi bundan dərs götürməlidir. İdman federasiyalarına nəzarət etməli və orada “təmzilik” aparmalıdır. Vətən üçün çalşan, ürəyi torpağı ilə döyünən, medala görə deyil, bayrağının məhz o arenada qürurla dalğalandıran, himnini fəxrlə səsləndirən oğullarımız olmalıdır. Yalnız o zaman biz beyəxlalq yarışlarda qalibliyyt əldə edə bilərik. Tokio-2020 Olimpiya Oyunlarında göstərilən nəticə ürəkaçan deyil. İnşallah, güləşçilərimiz və karateçilərimiz bizi bundan sonra sevindirərlər.
Xəyalə Rəis