Bir neçə Qərb mediası Putinin mətbuat konfransına dəvət olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qərb mediasının bir neçə nümayəndəsi Rusiya prezidenti Vladimir Putin tərəfindən geniş mətbuat konfransına dəvət olunub.
“Əsasən Rusiya Federasiyasının ərazisində mövcud akkreditasiya çərçivəsində işləyən əcnəbilər olacaq, bir sıra Qərb KİV-ləri də olacaq. Taker Karlson Putinin böyük mətbuat konfransında iştirak etməyəcək”, – o deyib.
Birgə birbaşa xətt və Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabrın 19-da baş tutacaq.
Peskovun sözlərinə görə, Kreml tezliklə birbaşa xətt üçün suallar toplusunu açacaq.
Xuraman Etibarlı
İnterpress.az