Biz Uitkoffun Kremlin tərəfində oynadığını düşünmürük.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib. O, Tramp administrasiyasındakı fərqli yanaşmalardan danışıb.
Podolyak Trampın komandasındakı bəzi şəxslərin mövqeyini şərh edərkən bildirib ki, onlar Stiv Uitkoffun (Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi) Kremlin maraqlarına xidmət etdiyini hesab etmirlər.
“Biz Uitkoffun Kremlin tərəfində oynadığını düşünmürük. Sadəcə olaraq, Tramp administrasiyasında kimlərsə düşünür ki, Rusiya Federasiyası ilə birlikdə pul qazana bilər. Lakin Marko Rubio kimi şəxslər məsələyə strateji baxımdan yanaşır və konstruktivlik gətirirlər”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






