Blinken ABŞ-ı Afrikanın təhlükəsizliyi üçün “Vaqner”ə alternativ olaraq təklif edirbackend

Blinken ABŞ-ı Afrikanın təhlükəsizliyi üçün “Vaqner”ə alternativ olaraq təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken Qərbi Afrikada artan təhlükəsizlik problemlərinə görə Vaqneri məsul hesab edib və ABŞ-ın bu məsələdə əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Afrika turu çərçivəsində Nigeriyada görüşlər keçirən Blinken mətbuata verdiyi açıqlamada ABŞ olaraq regional təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün əməkdaşlığa hazır olduqları mesajını verib.

Blinken bildirib ki, Vaqner bəzi Afrika ölkələrinə təhlükəsizlik dəstəyi versə də, bu ölkələrdə təhlükəsizlik problemləri daha da artıb.

Afrikanın bəzi bölgələrində fəaliyyət göstərən Vaqnerin çevrilişdən sonra Nigerə hərbi dəstək vermək üçün addım atan ilk aktyorlardan biri olduğunu ifadə edən Blinken deyib: “İnsanların və qaynaqların Vaqner tərəfindən istismar edildiyini görürsünüz. Lakin ABŞ, biz təhlükəsizlik problemləri ilə mübarizənin effektiv yollarını tapmağa çalışan tərəfdaşlarımızı dəstəkləyirik. Biz bunu dəstəkləmək üçün çalışırıq”.

Blinken ABŞ-ın regional təhlükəsizlik üçün kəşfiyyat mübadiləsi və texniki təchizat dəstəyi kimi məsələlərdə əməkdaşlığa hazır olduğu mesajını verib və yerli xalqla yanaşı vətəndaşların da təhlükəsizliyinə diqqət yetirdiklərini vurğulayıb.

Antoni Blinken qeyd edib ki, Afrika ölkələrində təhlükəsizlik qüvvələrinin ehtiyaclarını ödəmək üçün hərtərəfli yanaşma var.

Afrika səfəri çərçivəsində daha əvvəl Kabo Verde və Fil Dişi Sahilini ziyarət edən Blinken Nigeriyadan sonra Anqolaya gedəcək.