BMT Baş katibi və İran XİN başçısı Ukraynadakı müharibəni müzakirə ediblərbackend

BMT Baş katibi və İran XİN başçısı Ukraynadakı müharibəni müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və BMT-nin Baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

Bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib.

Tərəflər Ukraynadakı durum və Tehranla nüvə sazişinin bərpasına dair danışıqlar ətrafında fikir mübadiləsi aparıblar, həmçinin bir sıra digər məsələləri müzakirə ediblər.

Bildirilib ki, İran XİN başçısı ölkəsinin Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) arasında texniki dialoqdan danışaraq “tərəflərin əməkdaşlığını məqsədəuyğun adlandırıb”. Bundan əlavə, İran diplomatiyasının rəhbəri BMT-nin Baş katibini Tehran hökumətinin nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair Vyanada aparılan danışıqlar çərçivəsində “İran və ABŞ arasında məlumat mübadiləsi” barədə bilgiləndirib.

İranın xarici işlər naziri bir daha iddia edib ki, Tehran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya PUA göndərməyib:

“Əmir Abdullahian Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı əsassız ittihamları bir daha qətiyyətlə təkzib edib”.

Bundan əlavə, Abdollahian bir sıra Qərb ölkələrinin İrandakı etirazlarla bağlı mövqelərini və hərəkətlərini tənqid edib. Onun sözlərinə görə, bəzi Qərb hökumətləri “kiberməkanda və mediada zorakılığı təşviq edib, həmçinin Molotov kokteyli və silahların hazırlanmasını öyrədiblər ki, bu da polislərin öldürülməsinə və ölkədə qeyri-sabitliyə gətirib çıxarıb”.

Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya dronlar verdiyini, lakin bunu Rusiyanın genişmiqyaslı işğalından bir neçə ay əvvəl etdiyini etiraf edib.

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko buna cavab olaraq vurğulayıb ki, Ukrayna yalnız faktlara güvənməyə öyrənib.