BMT-nin 8 üzvü Rusiyanı Təhlükəsizlik Şurasının mövqeyindən sui-istifadə etməkdə ittiham edibbackend

BMT-nin 8 üzvü Rusiyanı Təhlükəsizlik Şurasının mövqeyindən sui-istifadə etməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvləri ABŞ, İngiltərə, Fransa, Yaponiya, Malta, Cənubi Koreya, Sloveniya və Ukrayna Rusiyanı BMT Təhlükəsizlik Şurasındakı (BMT TŞ) daimi üzvlüyündən sui-istifadə etməkdə ittiham ediblər.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-yə üzv olan səkkiz ölkə öz yazılı bəyanatında Rusiyanın Şimali Koreyadan silah tədarükünü tənqid edib.

Açıqlamada Rusiyanın 6 yanvarda Ukraynaya hücumları arasında Şimali Koreyadan tədarük edilən ballistik raketlərin də olduğu vurğulanıb və əlavə edilib: “Rusiya tərəfindən Şimali Koreyadan bu silahların tədarükü BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”. vurğulanıb.

Bəyanatda bu pozuntuların Ukrayna xalqının daha çox ağrı-acı ilə nəticələndiyi vurğulanıb və əlavə edilib: “Eyni zamanda, hər bir pozuntu dünyanı daha da təhlükəli edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin bu pozuntulara yol verməsi. Şuradakı vəzifəsindən sui-istifadə etdiyini göstərir”.

Bəyanatda BMT-nin bütün üzvlərinin BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməli olduqları vurğulanır və “Fransa, Yaponiya, Malta, Cənubi Koreya, Sloveniya, Ukrayna, Böyük Britaniya və ABŞ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Şimali Koreya və Rusiya tərəfindən pozulmasını qətiyyətlə pisləyir. “