BMT-nin Cenevrədəki tarixi binasında “Azərbaycan otağı”nın açılış mərasimi keçirilirbackend

BMT-nin Cenevrədəki tarixi binasında “Azərbaycan otağı”nın açılış mərasimi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Cenevrədəki tarixi binasında “Azərbaycan otağı”nın açılış mərasimi keçirilir.

“İnterpress.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya və başqa rəsmilər iştirak edirlər.

Azərbaycanın XİN başçısı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, bu otaq Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək:

“BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş BMT-nin Cenevrə şəhərindəki “Azərbaycan otağı”nın açılış mərasimində iştirak etməkdən məmnun oldum. Bu otaq Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək”, – nazir vurğulayıb.