Birləşmiş Millətlər Təşkilatı (BMT) nüvə sınaqlarını qadağan etməyə çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT Baş Assambleyasında “Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü” münasibətilə sessiya keçirilib.
Burada çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, dünyada 13 min nüvə silahının yığıldığı və ölkələrin öz dəqiqliyini, mənzilini və gücünü təkmilləşdirməyə çalışdığı bir vaxtda, etibarsızlığın və bölünmənin artması məhv üçün reseptdir.
Quterreş bəyan edib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi (CTBT) nüvəsiz dünyaya doğru çox mühüm addımdır.
BMT-nin baş katibi bütün ölkələri müqaviləni ratifikasiya etməyə çağırıb.
BMT-nin 77-ci Baş Assambleyasının sədri Csaba Körösi deyib ki, qlobal fəlakətə əvvəlkindən daha yaxınıq.
Nüvə silahlarına sərmayə qoymağın bəşəriyyət üçün dəhşətli bir tələ olduğunu qeyd edən Körösi bildirib ki, kütləvi intihar riskinə son qoymağın vaxtıdır.
BMT-nin tərksilah üzrə ali nümayəndəsi İzumi Nakamitsu CTBT-nin hələ qüvvəyə minmədiyini, lakin bunun çox mühüm qlobal hədəf olduğuna diqqət çəkib.
Təcili tədbirlərin görülməsinin vacibliyinə işarə edən İzumi Nakamitsu vurğulayıb ki, bütün nüvə sınaqlarına qarşı qanuni olaraq məcburi qadağa tətbiq edilməlidir.