BMT qlobal ərzaq böhranını müzakirə edəcəkbackend

BMT qlobal ərzaq böhranını müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada qida sahəsində yaranmış problemlər mövzusu bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

“Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək”, – o deyib.

ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaqlar.

Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı riski Ukraynadakı hadisələrlə əlaqədar yaranıb.