BMT: Suriyada Livandan olan qaçqınların sayı 100 min nəfərdirbackend

BMT: Suriyada Livandan olan qaçqınların sayı 100 min nəfərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Suriyada Livandan olan qaçqınların sayını 100 min nəfər hesab edir.

İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. Məlumata görə, İsrailin Livanda hava hücumlarına başlamasından sonra 100 minə yaxın livanlı və suriyalı Suriyaya köçmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, bu köçkünlərin təxminən 60%-i suriyalılar, 40%-i livanlılardır.

“Bu axın dayanmır, Departamentin əməkdaşları Suriya ilə sərhəddə yerləşən dörd keçid məntəqəsindədir və Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da bu insanlara yardım edir”, – departamentin rəhbəri Filippo Qrandi sosial şəbəkələrdə deyib.

Livanın baş naziri Nəcib Mikati bildirib ki, İsrailin Livana kütləvi zərbələri başladıqdan sonra ölkədə bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.

Livan hökuməti ölkənin gömrük orqanına Livana daxil olan humanitar yardımın birbaşa Livan hakimiyyətinə göndərilməsi üçün rüsumlardan imtina etməyi əmr edib.

Xuraman Etibarlı

İnterpress.az