BMT: Yardım gəlməsə, ilin sonuna qədər Malidə 200 min uşaq aclıqdan ölə bilərbackend

BMT: Yardım gəlməsə, ilin sonuna qədər Malidə 200 min uşaq aclıqdan ölə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, lazımi yardım Maliyə çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) mövzu ilə bağlı birgə bəyanat yayıb.

Açıqlamada, davam edən münaqişələr, yerdəyişmə və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.

Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.

Açıqlamada dünyada bir çox problemin olduğu bir vaxtda “kimin xilas ediləcəyini seçmək haqqının” olmadığına diqqət çəkilərək, problemin tez bir zamanda həllini tapmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Malidə humanitar böhran davam edirç

Əgər Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər. Xəbərdarlıq edilən bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu vurğulanıb.