Bolqarıstan: Rusiya Qara dənizdə təhdiddirbackend

Bolqarıstan: Rusiya Qara dənizdə təhdiddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiyanın Qara dənizdə hərbi üstünlüyü regionun digər ölkələri üçün təhdid yaradır.

 

Bu barədə məlumat Bolqarıstan hökumətinin milli müdafiənin vəziyyəti haqqında hesabatında yer alıb.

Hesabatda Qara dənizdə hərbi balansın Rusiyanın xeyrinə olduğu və bunun həmçinin Bolqarıstan üçün də təhlükə yaratdığı bildirilib.

Rəsmi Sofiya aviatexniki xidmətdəki problemlərin və pilotların uçuşlarının davamsızlığının ölkənin hava məkanının müdafiəsi üçün narahatlıq yaratdığını açıqlayıb.

 

 

İnterpress.az