Bolqarıstanın Qara dəniz sahilindəki Burqas şəhəri güclü yağışdan sonra su altında qalarkən, Tsarevo qəsəbəsində 2 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Güclü yağış bu gün Bolqarıstanın Qara dəniz sahillərinin bəzi bölgələrində təsirli olub.
Ölkənin şərqindəki Burqas şəhərinin Tsarevo qəsəbəsində yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həyatını itirib, bölgədə fövqəladə vəziyyət elan edilib.
Tsarevo meri Georgi Lapçev Vəziyyətin çox ciddi olduğunu və 2 nəfərin öldüyünü təsdiqləyib.
Su basan yaşayış məntəqələrində 60 nəfərin təxliyə edildiyi bildirilərkən, qəsəbədə yağan yağışların 5 gün ərzində təsirli olacağı bildirilib.
Bildirilib ki, binalarda və otellərdə daşqınlar olub, körpü və yolların infrastrukturuna böyük ziyan dəyib.
Sahil bölgələrində yollar və nəqliyyat vasitələri su altında qalarkən, Varvara-Burqas yolunun bir hissəsi su basması səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.
Bolqarıstan Meteorologiya Bürosu tərəfindən şəhərdə gözlənilən şiddətli yağış və külək səbəbiylə həyəcan siqnalı narıncıya, bəzi bölgələrdə isə sarıya yüksəlib