Bomj ordusu ilə ada “ZƏBTİ”: Absurd cinayət planı İFŞA EDİLDİ – FOTO/VİDEObackend

Bomj ordusu ilə ada “ZƏBTİ”: Absurd cinayət planı İFŞA EDİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da iki gənc bomjlardan “ordu yaradıb” Haiti yaxınlığındakı adanı ələ keçirmək istəyib

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ hüquq-mühafizə orqanları məlumat yayıb.

ABŞ-nin Texas ştatından olan iki gəncin planı həm absurdluğu, həm də qəddarlığı ilə gündəmə düşüb.

21 yaşlı Qevin Vayzenberq və 20 yaşlı Tanner Tomas Haiti sahillərində yerləşən, yoxsulluğun və idarəetmə boşluğunun hökm sürdüyü Qonav adasını ələ keçirməyi planlaşdırıblar.

Onların məqsədi adada nəzarəti ələ almaq və qadınları seks–köləliyinə məcbur etmək olub.

Məlumata görə, bu “əməliyyat” üçün hazırlıq təxminən bir il davam edib. Gənclər adanın coğrafiyasını, giriş yollarını və yerli şəraiti öyrənib.

Vayzenberq fiziki hazırlığını artırmaq üçün yanğınsöndürənlərin akademiyasına daxil olub, Tomas isə hərbi bacarıqlara yiyələnmək üçün Hərbi Hava Qüvvələrinə yazılıb.

Planın ən gülünc və eyni zamanda ən qorxunc hissəsi onların “ordusu” ilə bağlı idi: gənclər Vaşinqton küçələrində yaşayan bomjları silahlandırıb adaya hücuma göndərməyi düşünürdülər.

Onların fikrincə, bomjlar “hakimiyyət çevrilişi üçün ideal namizədlər” idi.

Plan Tomasın davranışındakı qəribəliklər səbəbindən hərbi qurumların diqqətini çəkməsindən sonra çöküb. Dövlət qurumları təcili araşdırma aparıb və hər iki şəxs saxlanılıb.

Hazırda onlara qarşı ağır ittihamlar irəli sürülüb və hər ikisi ömürlük həbs cəzası ilə üzləşə bilər.

Xuraman Etibarlı

İnterpress.az