Borcunu ödəmək istəməyən qadın körpəsi ilə 6 saat maşında GİROV QALDI – VİDEObackend

Borcunu ödəmək istəməyən qadın körpəsi ilə 6 saat maşında GİROV QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Borclu qadın maşını verməmək üçün körpəsi ilə birlikdə özünü avtomobilə kilidləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, 850 min rubl (təxm. 18 500 man) borcu olan ana 6 saat ərzində icra məmurlarına müqavimət göstərib.

Hadisə Rusiyanın Zabaykalye bölgəsində baş verib. Məlumata görə, son iki il ərzində qadın müxtəlif yerlərdən ümumilikdə 850 min rubl məbləğində kredit və mikroborc götürüb.

Borclarını ödəmədiyi üçün axtarışa verilən qadın gizlənib, iş yerini dəyişib və hətta bu müddətdə ana olub. Lakin məhkəmə icraçıları sonda onun yerini müəyyən ediblər.

İcraçıları görən qadın üç aylıq körpəsi ilə birlikdə özünü “Toyota Vitz” markalı avtomobilə kilidləyib və çıxmaqdan qəti şəkildə imtina edib.

Qadın 6 saat ərzində maşında qalıb. Yanacaq bitmək üzrə olduğu üçün icra məmurları körpənin soyuqdan donmaması məqsədilə qohumlarına avtomobilə yanacaq doldurmağa icazə veriblər. Paralel olaraq əraziyə polis və qəyyumluq orqanının əməkdaşları çağırılıb.

Yekunda müqavimətin mənasız olduğunu anlayan ana təslim olub. Bildirilir ki, əgər o, borclarını ödəməsə, avtomobili hərraca çıxarılaraq satılacaq.

Xuraman Etibarlı

İnterpress.az