Borjomi bələdiyyəsinin Daba kəndi yaxınlığındakı meşədə yanğın olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yanğın şimşək çaxması nəticəsində başlayıb.
Fövqəladə Halların İdarəetmə Xidmətindən verilən məlumata görə, hadisə dünən baş verib, yanğın geniş ərazini əhatə etməyib və yanğınsöndürənlər onu söndürə biliblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.