Bosniya və Herseqovinada canlı yayımda qətl: 3 ölübackend

Bosniya və Herseqovinada canlı yayımda qətl: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bosniya və Herseqovinada Nermin Sulejamnovic adlı təcavüzkar keçmiş həyat yoldaşını İnstaqram hesabında canlı yayıma çıxararaq öldürüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisə yerindən qaçarkən türk əsilli ata və oğul həlak olub, çoxlu sayda insan yaralanıb. Sulejamnovic həbs olunmamaq üçün intihar edib.

Bosniya və Herseqovinanın şimal-şərqindəki Qradaçak şəhərində fitnes məşqçisi Nermin Sulejamnovic adlı şəxs İnstaqram hesabında canlı yayım açaraq keçmiş həyat yoldaşı N.H.-yə atəş açıb.

Keçmiş həyat yoldaşını öldürdükdən sonra atəş açmağa davam edən Sulejamnovic türk əsilli ata Önder Cengiz və onun 23 yaşlı oğlu Denis Cengizin də ölümünə səbəb olub.

Silahlı Sulejamnovic polisdən qaçarkən bir polis əməkdaşını, öldürülən uşağın anasını və daha bir nəfəri yaralayıb.

Keçmiş həyat yoldaşını öldürən görüntüləri sosial media hesabında canlı yayımlayan Sulejamnovic, daha sonra sosial mediadan silinən görüntülərdə “İndi canlı yayımda qətlin necə olduğunu görəcəksiniz” deyib.

Süleymanoviçin həbs olunmamaq üçün intihar etdiyi öyrənilib.

Polis yerli sakinləri açıq fəaliyyətlərini məhdudlaşdırmağa və təhlükəsizlik üçün evdə qalmağa çağırıb.

Bildirilir ki, Süleymanoviç əvvəllər narkotik alveri və polisə hücum ittihamları ilə üzləşib.