Bosniya və Herseqovinada yaralı və xəstə heyvanlar üçün təcili yardım xidməti açılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Baytarlıq Mərkəzində açılan və müasir avadanlıqlarla təchiz edilən təcili xidmət Sarayevo Kanton bölgəsində yaralı və ya xəstə heyvanlara xidmət göstərəcək.
Baytarlıq Mərkəzinin direktoru Nasiha Spahiç bildirib ki, heyvanlar üçün təcili xidmət layihəsinin ilk addımı olaraq mövcud yer açılıb, ardınca üç rəqəmli telefon nömrəsi, xidmətə gətirilə bilməyən heyvanlar üçün təcili yardım maşını veriləcək.
Açılışda iştirak edən Sarayevo Kantonunun Baş naziri Nihad Uk bu növ təcili yardım xidmətinin ölkədə bir ilk olduğunu və layihəni dəstəkləməyə davam edəcəklərini bildirib.