Botoksdan sonra qadının alnında buynuzlar ƏMƏLƏ GƏLDİ – FOTObackend

Botoksdan sonra qadının alnında buynuzlar ƏMƏLƏ GƏLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda botoks vurduran qadının alnında buynuza bənzər şişlər əmələ gəlib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Başqırdıstan Respublikasında kosmetoloji prosedur gənc qadın üçün gözlənilməz fəsadlarla nəticələnib. Riпina adlı yerli sakin təxminən üç həftə əvvəl alnındakı qırışları hamarlamaq və botoks vurdurmaq məqsədilə kosmetoloqa müraciət edib.

Prosedurdan bir müddət sonra isə iynə vurulan nahiyələrdə kiçik buynuzları xatırladan bərk və sıx şişlər əmələ gəlib. Zərərçəkənin sözlərinə görə, həmin nahiyələr ona hər hansı fiziki ağrı vermir.

Qadının kosmetoloqu bunun fərdi allergik reaksiya olduğunu ehtimal edərək ona antihistamin (allergiya əleyhinə) preparatlar təyin etsə də, aparılan müalicəyə rəğmən hələ ki, heç bir müsbət dəyişiklik qeydə alınmayıb.

Sosial şəbəkələrdə oxşar fəsadla qarşılaşan digər qadınlar da Riпinaya yazaraq onlarda əmələ gələn şişlərin daha kiçik olduğunu və zamanla ərimədiyini bildiriblər.

Bir çox istifadəçilər isə bu qeyri-adi fəsadın keyfiyyətsiz, saxta və ya lisenziyasız botoks preparatından istifadə səbəbindən qaynaqlandığını iddia edirlər.

Xuraman Etibarlı

İnterpress.аz