Böyük Britaniya hakimiyyəti vətəndaşlara 16 yaşından etibarən seçkilərdə səs verməyə icazə vermək niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Qeyd olunur ki, 16 və 17 yaşlı bir çox vətəndaş artıq işləyir, orduda xidmət edə və ictimai həyatda iştirak edə bilər.
16 yaşından etibarən səsvermə hüququ artıq Şotlandiya və Uelsdə mövcuddur.
Xuraman Etibarlı
İnterpress.az