Braziliyada daşqın: Ölənlərin sayı 21-ə çatıbbackend

Braziliyada daşqın: Ölənlərin sayı 21-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 21-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Braziliyanın cənubunda təsirli olan qasırğa özü ilə birlikdə yağış və külək də gətirib.

Rio Grande do Sul qubernatoru Eduardo Leite mətbuat konfransında əyalətdə ən ölümcül
əlakətin yaşandığını ifadə edib: “Rio Grande do Sul əyalətinin Muçul qəsəbəsində sel suları çəkildikcə daha 15 cəsədə çatıldı. və ölənlərin sayı 21-ə yüksəldi. Biz çox kədərlənirik”.

Bazar ertəsindən bəri təsirli olan qasırğa sel və torpaq sürüşməsinə səbəb olub, yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Milli Fəlakətlərə Qarşı Mübarizə İdarəsinin rəisi Wolnei Barreiros bildirib ki, ümumilikdə 54 şəhəri vuran qasırğa 20 mindən çox insana birbaşa təsir edib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva həmrəylik mesajı göndərərək hökumətin kömək etməyə hazır olduğunu açıqlayıb.