Braziliyada narkotik qruplarına qarşı əməliyyat: 43 nəfər ölübbackend

Braziliyada narkotik qruplarına qarşı əməliyyat: 43 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya polisi ölkənin Rio-de-Janeyro şəhərində narkotik şəbəkələrinə qarşı təşkil edilən əməliyyatda baş verən qarşıdurmada 10 nəfərin öldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şəhərdə həyata keçirilən əməliyyatda öldürülən 10 nəfər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin rəhbərinin də olduğu bildirilib.

San-Paulu əyalətində 5 gündür həyata keçirilən Qalxan Əməliyyatında aralarında polis olmaqla 14 nəfər həyatını itirib, ölkənin şimal-şərqindəki Bahia əyalətində 19 şübhəli zərərsizləşdirilib.

Sao Paulo sahilindəki Quaruja qəsəbəsində xüsusi təyinatlı polisin öldürülməsindən sonra başlayan Qalxan əməliyyatında polis 58 nəfəri saxlayıb və 385 kiloqram narkotik maddə ələ keçirib.

Quaruja əməliyyatını tənqid edən Braziliyanın ədliyyə naziri Flavio Dino polisin reaksiyasının törədilən cinayətlə mütənasib olmadığını bildirib.