Braziliyada tariflərə ETİRAZ: Trampın heykəli YANDIRILDI – VİDEObackend

Braziliyada tariflərə ETİRAZ: Trampın heykəli YANDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada zənginlərə vergilərə dəstək aksiyası nədənsə Trampın heykəlinin yandırılması və tariflərə etirazla başa çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.

ABŞ-nin Braziliya mallarına tətbiq etdiyi yeni 50%-lik rüsumlara qarşı gurultulu mitinq Sao Pauloda baş tutub.

Baxmayaraq ki, əvvəlcə insanlar hökumətin yüksək gəlirli vətəndaşlara vergi tətbiq etmək təklifini dəstəkləmək üçün küçələrə çıxıb. Ancaq bir anda nəsə səhv olub və nəticədə onlar Trampın tariflərinə qarşı mitinq etməli olublar.

Bu, Trampın Braziliya prezidenti Lula da Silvaya yazdığı məktubda Lulanın sələfi Bolsonaroya qarşı “cadugər ovu”nu qınamasından və həmçinin yeni ticarət məhdudiyyətlərini elan etməsindən sonra baş verib.

Xuraman Etibarlı

İnterpress.az