Braziliyada zəncirvari yol qəzasında 7 nəfər ölübbackend

Braziliyada zəncirvari yol qəzasında 7 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Parana əyalətində magistral yolda baş verən zəncirvari yol qəzasında 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Braziliya mətbuatının məlumatına görə, Balsa Nova əyalətinin Sao Luiz Puruna şossesində yük maşınları toqquşub.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib.

İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Səlahiyyətlilər qəzada ən azı 20 avtomobilin iştirak etdiyini və onlardan birinin tamamilə yandığını və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.