Cənubi Afrikanın Yohannesburq şəhərində toplaşan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika (BRICS) ölkələri sammitin sonunda açıqlanan ortaq bəyanatda 6 ölkəni birliyə qoşulmağa dəvət edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BRICS liderləri 15-ci dəfə görüşüblər.
Eyni zamanda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Argentina və Efiopiya 2024-cü il yanvarın 1-dən icmanın üzvü kimi qəbul edilməyə razılaşıblar.
Zirvədən əvvəl 22 ölkənin BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət etdiyi açıqlansa da, dünyanın ən böyük neft ixracatçılarından olan Səudiyyə Ərəbistanının ABŞ dollarına alternativ axtaran blokda iştirak etməsi böyük əhəmiyyət kəsb edir. Bütün üzv dövlətlər cəmiyyətin böyüməsini dəstəklədiklərini açıq şəkildə ifadə etsələr də, Hindistan və Braziliya hökumətləri Çinin artan təsirindən və Qərbdən ayrılmasından narahatdırlar.