BRİCS sammitində görüş zamanı Lavrovun ayağını basıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Bildirilir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun oktyabrın 24-də Kazanda keçirilən BRİCS sammiti zamanı ayağını tapdalayıblar.
Siyasətçinin reaksiyası internetdə yayımlanan videoda əks olunub.
“Onun reaksiyasını dodaqlarından oxuya bilərsiniz”, – jurnalistlər müvafiq kadrlara şərh yazıblar.
Videoda Lavrovun yanından keçən qadının siyasətçinin ayağına basdığı görünür. Görünür ki, XİN rəhbəri kəskin hərəkət edir və nəsə deyir.
Xuraman Etibarlı
İnterpress.az