“Briqada” serialının aktyoru Aleksandr Vısokovski dəfn edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Briqada serialının aktyoru Aleksandr Vısokovski ilə vida mərasimi yaxınlarının və dostlarının iştirakı ilə keçirilib.
Dəfn mərasimində aktyorun serialdakı məşhur həmkarlarından heç biri iştirak etməyib.
Mərhumla iyulun 5-də son vida mərasimi onun son 17 ildə yaşadığı Puşino şəhərində baş tutub. Mərasim ailə üzvləri və yaxın dostlarının iştirakı ilə məhdud tərkibdə keçirilib.
Vida mərasimində şou-biznes nümayəndələri, o cümlədən Dmitri Dyujev, Pavel Maykov, Vladimir Vdoviçenkov və Sergey Bezrukov iştirak etməyiblər.
Qeyd edək ki, 62 yaşlı Aleksandr Vısokovski iyunun 30-da Puşino sahilində balıq tutmağa gedib və geri qayıtmayıb. Bir müddət sonra dalğıclar onun cəsədini Oka çayında aşkar ediblər.
Aktyorun ölümünün səbəbi ilə bağlı araşdırmalar davam edir.
Xuraman Etibarlı
İnterpress.az






