Britaniya Ağdam və Laçın yollarından Xankəndiyə yükdaşımaların başlamasını alqışlayırbackend

Britaniya Ağdam və Laçın yollarından Xankəndiyə yükdaşımaların başlamasını alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının Qarabağ ermənilərinə ərzaq çatdırmaq üçün açılmasını alqışlayır.

“İnterpress.az” xəbər verir ki, bu barədə səfir Ferqus Auld “X” hesabında paylaşım edib.

“Britaniya Ağdam-Xankəndi və Laçın yollarının BQXK nəqliyyat vasitələrinin Qarabağ ermənilərinə ərzaq çatdırması üçün açılmasını alqışlayır. Biz ümid edirik ki, bu yollardan müntəzəm istifadə etməklə BQXK həyati əhəmiyyətli yardımların çatdırılmasına davam edəcək”, – paylaşımda qeyd olunub.