İngiltərənin simvolik yerlərindən biri olan Britaniya Muzeyi qarşısındakı bıçaqlı hücuma görə 2 saata yaxın bağlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İngiltərədə yerli vaxtla saat 11:00 radələrində Londonun ən əhəmiyyətli turistik strukturlarından biri olan “British Museum”a bıçaqlı hücum xəbərləri İngiltərə mediasında yer almağa başlayıb.
Sosial şəbəkələrdə muzeyi ziyarət etməyə gələnlər onları çölə çıxardıqlarını və polis tərəfindən getmələrini söylədiklərini paylaşıblar.
Hücumla bağlı açıqlama verən London Metropoliten Polisi yerli vaxtla saat 10:00-da muzeyin qarşısında baş verən hadisədə bir nəfərin qolundan bıçaqlandığını və təcili yardımla xəstəxanaya aparıldığını bildirib.
Hadisənin terror aktı kimi qiymətləndirilmədiyini bildirən polis, vətəndaşlar üçün heç bir riskin olmadığını vurğulayıb.
Hadisə yeri araşdırma qruplarının uzun müddət hücumun baş verdiyi nöqtədə hazır olacağı məlumatını paylaşan polis bıçaqlı təcavüzkarın nəzarətə alındığını qeyd edib.