Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
İnterpress.az xəbər verir ki, paylaşımda deyilib.
“Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik”.