Britaniyada mağazalarda əsas ərzaq məhsullarının qiyməti endiriləcəkbackend

Britaniyada mağazalarda əsas ərzaq məhsullarının qiyməti endiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada mağazalarda əsas ərzaq məhsullarının qiyməti endiriləcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İngiltərənin Baş naziri Rishi Sunak pərakəndə satışçılardan yaşayış dəyəri ilə mübarizə çərçivəsində süd və çörək kimi əsas qida məhsullarına minimum standart qiymət tətbiq etməyi tələb edib.

Sunakın komandası bəzi əsas qida məhsullarına “mümkün olan ən aşağı” standart qiymətin tətbiq edilməsini təmin etmək üçün plan üzərində işlərə başlayıb.

Fransada analoji təcrübə əsasında yaradıldığı bildirilən plan supermarketlərin könüllü iştirakına əsaslanacaq.

Bu çərçivədə Sunak son vaxtlar inflyasiyanın əsas mənbəyinə çevrilən ərzaq qiymətlərinə nəzarət etmək və yaşayış bahalaşmasının qarşısını almaq üçün bazarlardan çörək və süd kimi əsas ərzaq məhsullarının qiymətlərinin dondurulmasını istəyəcək.

İngiltərədə keçən həftə açıqlanan məlumatlara görə, aprel ayında illik inflyasiya gözləniləndən az azalaraq 8,7 faiz təşkil edib. Mart ayında inflyasiya 10,1 faiz təşkil edib.

İnflyasiyanın azalmasına baxmayaraq, ərzaq inflyasiyası yüksək olaraq 19,1 faizlə davam edib. Mart ayında yüzdə 19,2 olan ərzaq inflyasiyası son 45 ilin ən yüksək səviyyəsinə çatıb.

İngiltərə Maliyyə Naziri Jeremy Hunt da ərzaq qiymətlərinin hələ də çox sürətlə artdığını ifadə edərək ərzaq inflyasiyasının həyəcan verici dərəcədə yüksək səviyyədə olduğunu deyib.

İngiltərə hökuməti inflyasiyanı 2 faizə endirməyi və bu səviyyədə saxlamağı hədəflədiyi halda, İngiltərə Bankı mayın 11-də keçirdiyi iclasda faiz dərəcəsini ardıcıl 12-ci dəfə artıraraq faiz dərəcəsini 4,25 faizdən 4,50 faizə yüksəldib.