Kapri adasında oğrular britaniyalı lordun əlindən 300 min avro dəyərində olan saatı qoparıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “İl Mattino” qəzeti məlumat yayıb.
İtaliyanın kurort şəhəri Kapridə Böyük Britaniyanın Lordlar Palatasının üzvü, 65 yaşlı Ara Darzi qarət edilib.
Nəşrin yazdığına görə, iki naməlum şəxs baronun bahalı saat taxdığını görüb və sadəcə onu qoparıblar, sonra isə gözdən itiblər.
Söhbət təxminən 300 min avro dəyərində olan Richard Mille RM 07 modelindən gedir.
Oğurluq məşhur alış-veriş küçəsində, Darzi dostları ilə dincəldiyi yaxtadan sahilə çıxan zaman baş verib.
Polisin məlumatına görə, hücum edənlər müşahidə kameralarına düşüb. Oğurluqdan sonra onlar adanın dar küçələri ilə qaçaraq, daha sonra motorlu qayıqla üzərək uzaqlaşdıqları görülüb.
Kapri şəhərinin meri Paolo Falko bildirib ki, oğurluq böyük ehtimalla əvvəlcədən planlaşdırılıb. O, ada üçün belə bir hücumun nadir olduğunu vurğulayıb və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyinə söz verib.
Falko əlavə edib ki, “bu, həqiqətən də dəhşətli bir hadisədir, uzun illərdir ki, belə hallar baş verməyib”.
Lord Ara Darzinin özü xəsarət almayıb.
O, tanınmış cərrah və professordur, 2007-ci ildə Denhamdan Baron Darzi yaradılıb və Böyük Britaniyanın Səhiyyə katibi vəzifəsində çalışıb.
Xuraman Etibarlı
İnterpress.az