Manisa zanbağını qoparmağın cəzası 699 min 245 türk lirəsidir
İnterpress.az xəbər verir ki, bu barədə Spil-Dağı Milli Parkı məlumat yayıb.
Spil-Dağı Milli Parkında nadir bitki olan və ildə cəmi bir dəfə çiçək açan Manisa zanbağının (endemit bitki) qorunması məqsədilə ciddi cərimələr tətbiq olunub.
Yalnız 10 gün yaşayan bu nadir bitkini qopardığına görə cərimə məbləği 699 min 245 türk lirəsi (təxminən 26 383 manat) təşkil edir.
Mütəxəssislər bildirirlər ki, bu növün məhv olmasının qarşısını almaq üçün bu cür sərt tədbirlər zəruridir.
Xuraman Etibarlı
İnterpress.az






