Bu il Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 7 mindən çox insan evlərini tərk edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aprel ayından bəri 10 ştatda ümumilikdə 34 983 nəfərin daşqınlardan mənfi təsirləndiyi bildirilib.
Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfərin məcburi köçkün olduğu qeyd edilib, 1679 ev dağılıb, 866 hektar ərazi tamamilə zərər görüb.
Sel nəticəsində 5 nəfər həyatını itirib, indiyədək 75 nəfərin yaralandığını bildirilib.
Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb.
Daşqınlar nəticəsində ölkə iqtisadiyyatı 7 milyard dollar zərər çəkib.