Bu şirkət Rusiyada fəaliyyətini dayandırdıbackend

Bu şirkət Rusiyada fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media nəhəngi “Paramount Global” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı bütün fəaliyyətini dayandırmaq qərarı alıb.

İnterpress.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Robert Bakiş açıqlamasında deyib. O, konqlomeratın bir hissəsi olan “Simon & Schuster”in Rusiyadakı müştərilərə satışı və rus nəşriyyatlarına lisenziyalı tərcümə hüquqlarını ləğv etdiklərini bildirib. Həmçinin, şirkət yeni lisenziya müqavilələrini dayandıracaq.

Bir sıra lisenziyalaşdırmaların isə müqavilə və texniki çətinliklərə görə dayandırılması üçün daha çox vaxt tələb olunacaq.

Bakişin sözlərinə görə, şirkət işçilərinin təhlükəsizliyinə üstünlük verir və Moskvadakı komandaya maliyyə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, bundan əvvəl “Paramount” kinostudiyası öz filmlərinin Rusiyada yayımını dayandırmışdı.